“Rusiya və ABŞ-ın qarşılıqlı işbirliyi terrorizmlə mübarizədə effektiv əməkdaşlığın ən bariz nümunəsidir”.
“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının katibi Nikolay Petruşev Beynəlxalq Təhlükəsizlik üzrə V Moskva konfransında çıxışında deyib:
“Bir çox ölkələr öz imkanlarını müstəqil qərarlar verməyə sərf edirlər, bununla da, rəngli inqilablar üçün şərait yaranır. Bu da yeni müharibələrə aparıb çıxarır”.
Rusiya Müdafiə naziri Sergey Şoyqu isə Suriya prezidenti Bəşər Əsədin postunu tərk etməsi ilə ölkədə qanlı toqquşmaların bitəcəyinə inanmadığını bildirib:
“Tez-tez qərbli həmkarlarımızdan eşidirk ki, Bəşər Əsəd gedəcək və Suriyada qanlı toqquşmalar bitəcək. ABŞ-ın rəhbərlik etdiyi koalisiya isə o zaman Rusiyanı dəstəkləyəcək. Bu “xoş niyyətə” inanmaq çətindir. Sual yaranır: İraq və Liviyada Səddam Hüseyn və Müəmmar Qəddafinin aradan götürülməsindən sonra sülh və qayda-qanun yaradılmasına kim mane oldu?”.

Rusiya XİN rəhbəri Sergey Lavrov isə qeyd edib ki, Rusiya olmadan Avropada təhlükəsizliyin etibarli arxitekturasını yaratmaq mümkünsüzdür. Lavrov, həmçinin, bildirib ki, Moskva terrorçulardan regionda güc balansını dəyişmək üçün istifadə edilməsini çox təhlükəli hesab edir.
Son xəbərlər
Son Xəbərlər