“Bu yerlər minalandığından kütləvi tədbirlərin keçirilməsi mümkün deyil”

bu-yerler-minalandigindan-kutlevi-tedbirlerin-kecirilmesi-mumkun-deyil
Oxunma sayı: 1737

“Bu mövsümdə ağacəkmə prosesi işğaldan azad edilmiş Zəngilan rayonundan başladı. Ağacəkmə prosesi bütün ölkə üzrə davam etdiriləcək”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

O bildirib ki, həmin yerlər minalanmış ərazi olduğundan orada kütləvi tədbirlərin keçirilməsi mümkün deyil:

“Amma qısa zamanda bu istiqamətdə işlər görüləcək. ANAMA-nın əməkdaşları ərazidə mütəmadi olaraq minaların təmizlənməsi prosesini həyata keçirir. Fürsətdən istifadə edib onların əməkdaşlarına da təşəkkür edirəm”.

F.Əliyev qeyd edib ki, jurnalistlərin binasının ətrafında 400-ə yaxın ağac əkilib. Bundan başqa, 300-ə qədər ağac gətirilib. Onların arasında, nar, əril, əzgil və digər ağac tingləri var: “Bu ağaclar bina sakinlərinin istəyinə uyğun gətirilib. Onlar istədikləri ərazidə bu ağacları əkəcəklər. Nə qədər çox ağac əksək, o qədər də təbiətimiz canlanacaq”.

Gülnar Əliyeva