Bu yerlərdə işıq olmayacaq

bu-yerlerde-isiq-olmayacaq
Oxunma sayı: 1468

Abşeron rayonu Qobu və Masazır qəsəbələri, At-yalı yaşayış sahəsi, Xırdalan şəhəri Quşçuluq yaşayış massivi və Binəqədi rayonu 28 May qəsəbəsində dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı ilə əlaqədar olaraq 10/6/0.4 kv-luq EVX-ləri, TM, KTM-lərdə yenidənqurma işləri davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, bununla  əlaqədar olaraq dekabrın 10-da adıçəkilən ərazilərdə  elektrik enerjisi təchizatında qısamüddətli növbəli fasilələr yaranacaq.