Bu yerlərdə qaz olmayacaq

bu-yerlerde-qaz-olmayacaq
Oxunma sayı: 919


“Qafqazinfo”nun məlumatına görə, saat 10-dan 18-dək “Qaz İxrac” idarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “İsmayıllı”, “Talıstan”, “İvanovka” və “Kürdmaşı”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Ağdaş”, Ağdam magistral qaz kəmərləri sahəsinin “Kətəlparaq” və “Azadqaraqoyunlu”, Siyəzən magistral qaz kəmərləri sahəsinin “Xızı” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Bərdə rayonunun Uğurlu, Şirvanlı, Hüseynbəyli, Muğanlı, Kələntərli, Qasımbəyli, Körpüqıran və Darğalar, Tərtər rayonunun Qaynaq, Qazyan və Qapcılı, Ağdaş rayonunun Qarabağlı, Lək, Pirəli, Gücü, Nehrəxəlil, Güvə, Qolqətir, Zeynəddin, Məşədi və Gürcuva kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Ağdam, Ağdaş, İsmayıllı və Xızı rayon mərkəzlərinin bəzi hissələrinin qaz təchizatına da təsir göstərməsi mümkündür.