Bu yerlərdə qaz olmayacaq

Bu yerlərdə qaz olmayacaq
Oxunma sayı: 1462

Sentyabrın 5-də səhər saat 10.00-dan etibarən orta təzyiqli qaz kəmərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədilə Sabunçu rayonu, Sabunçu qəsəbəsində bir qrup abonentin qaz təchizatı dayandırılacaq. 

“Azəriqaz”dan “Qafqazinfo”ya verilən məlumata görə, bundan başqa ölçü cihazlarının metroloji göstəricilərinin təftiş olunması ilə bağlı Xəzər rayonunun Şağan, Şüvəlan və Qala qəsəbələrində qazın verilişində qısamüddətli fasilələr yaranacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi