Bu yerlərdə qaz olmayacaq

Bu yerlərdə qaz olmayacaq
Oxunma sayı: 681

Oktyabrın 22-də saat 10:00-dan “Qaz İxrac” İdarəsi “Yevlax-Naxçıvan” magistral qaz kəmərinin 43-cü km-də yerüstü kanal keçidində aşkar olunmuş qaz sızmalarının ləğvi işlərinə start verir. Bərdə və Tərtər rayonlarının bir qrup abonenti bu müddətdə qazı fasilələrlə alacaq.

“Qafqazinfo” xəbər verir ki, Xocəsən qəsəbəsi ərazisində müxtəlif diametrli yeni çəkilmiş polietilen orta təzyiqli qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işlərinə başlanılır. Bu zaman Binəqədi rayonu, Sulutəpə və Xocəsən qəsəbələrində oktyabrın 22-də saat 10:00-dan etibarən qaz təminatında fasilələr müşahidə olunacaq. Şəmkirdə isə həmin saatlarda qaz xətləri üzərində 3 ədəd tənzimləyici qurğu quraşdırılacaq. İşlərin icrası rayonun bir neçə yaşayış məntəqəsində qaz təchizatının müvəqqəti olaraq dayandırılmasına zərurət yaradıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi