Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən «Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında» qanununun tələblərindən irəli gələn vəzifələrin icrası ilə bağlı tədbirlər həyata keçirilib.
“Qafqazinfo” xəbər verir ki, 2018-ci ilin 6 ayı ərzində respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilmiş tədbirlər nəticəsində «Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə tütün çəkdiklərinə görə 363 şəxs İnzibati Xətalar Məcəlləsinin 212.1-ci və 306.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunub, onlara tətbiq edilmiş cərimələr 11.205 manat təşkil edib.
Son xəbərlər
Son Xəbərlər