Bu yerlərdə su olmayacaq

bu-yerlerde-su-olmayacaq
Oxunma sayı: 1635

Bakı şəhəri Səbail rayonu ərazisində magistral su xəttində yenidənqurma işləri aparılır.

“Qafqazinfo” xəbər verir ki, bununla əlaqədar 11 dekabrda gün ərzində Badamdar qəsəbəsi və 20-ci sahə yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.