“Azəravtoyol” ASC sürücülərə xəbərdarlıq edib.
“Qafqazinfo” qurumun saytına istinadən xəbər verir ki, təmir işləri ilə əlaqədar olaraq bu gündən etibarən Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.
Sürücülərdən aparılan təmir işlərini nəzərə alaraq həmin istiqamətlərdə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.
Son xəbərlər
Son Xəbərlər