Bu yol bağlanır - Diqqətli olun

bu-yol-baglanir
Oxunma sayı: 757

Formula-1 yarışının Azərbaycandakı təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) bu il iyunun 23-dən 25-dək keçiriləcək Azərbaycan Qran-Prisinə hazırlıqla əlaqədar Bakı trekinin keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işlərini davam etdirir.

"Qafqazinfo"ya daxil olan məlumata görə, Zərifə Əliyeva küçəsinin Bülbül prospekti ilə Rəsul Rza küçəsi arasındakı hissəsində aprelin 3-dən etibarən bir neçə gün ərzində yalnız gecə saatlarında (22:00-dan 06:00-dək) yolun kənarına baryerlər quraşdırılacaq.

Paytaxt sakinlərindən göstərilən müddətdə trekin bu hissəsində avtomobilləri saxlamamaq xahiş olunur. Əks halda işin fasiləsiz gedişinə maneə yaradan nəqliyyat vasitələri evakuatorla yaxın ərazidəki parklanma yerlərinə aparılacaq.