"Qafqazinfo" xəbər verir ki, “Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən, Ağa Nemətulla küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən (Heydər Əliyev prospekti ilə kəsişmədəki tuneldə tam olaraq) məhdudlaşdırılacaq. Sürücülərə alternativ olaraq Həsənoğlu küçəsindən istifadə etmələri tövsiyə olunur.
Son xəbərlər
Son Xəbərlər