“Qafqazinfo” NİİM-in səhifəsinə istinadən xəbər verir ki, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 11:00-dan etibarən, Heydər Əliyev prospektinin Hava limanı yol qovşağından Böyükşor yol qovşağına qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə (Hava Limanı yol qovşağından Suraxanı yol qovşağına qədər və Sabunçu yol qovşağından Böyükşor yol qovşağına qədər qismən, Suraxanı yol qovşağından Sabunçu yol qovşağına qədər tam ) məhdudlaşdırılacaq.
Son xəbərlər
Son Xəbərlər