A.Bakıxanov-Mirəli Qaşqay küçələrinin kəsişməsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətində müəyyən məhdudiyyətlər yaranıb.
“Qafqazinfo” xəbər verir ki, A.Bakıxanov küçəsindəki iki zolaqda hərəkət müvəqqəti məhdudlaşdırılıb. Bu küçədən sola - Mirəli Qaşqay küçəsinə giriş isə təmir işləri ilə əlaqədar olaraq bağlanıb.
Bakı Nəqliyyat Agentliyi həmin istiqamətdə hərəkət edərkən mövcud vəziyyəti nəzərə almağı xahiş edir.
Son xəbərlər
Son Xəbərlər