“Qafqazinfo” bunun səbəbini öyrənmək üçün Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə müraciət edib. Mərkəzdən bildirilib ki, səhər saatlarında təxminən yarım saat göstərilən istiqamətdə yol polisi nəqliyyatın hərəkətini dayandırır: “Səbəb isə qarşıdakı yolda tıxacın qarşısını almaq üçündür. Çünki bu saatlarda avtomobil axını həddindən çox olduğundan, yol polisi müdaxilə edərək fasilələrlə yolu saxlayır ki, nəqliyyatın durumu iflic vəziyyətə düşməsin. Belə olmasa o ərazidə avtomobillər 1 saat yox, bir neçə saat gözləməli olar “.
Günel Türksoy