Bu yol rənglənəcək

bu-yol-renglenecek
Oxunma sayı: 1046

Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgi və yol göstərici xətlərinin, həmçinin piyada keçidlərinin ( zolaqların ) yenidən rənglənməsi işləri davam etdirilir.

"Qafqazinfo" xəbər verir ki, bu gün saat 11:00-dan etibarən Nərimanov rayonu Əliyar Əliyev, axşam saat 23:00-dan isə Ağa Nemətulla küçələrində rənglənmə işləri aparılacaq. Bir-neçə saat ərzində davam edəcək işlər zamanı sözügedən küçələrdə hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq ( küçələr bağlanmır! ). 

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və sözügedən küçələrdə sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etmələri tövsiyə olunur.