Əhməd Rəcəbli və Cəfər Xəndan küçələrinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik ediləcək.
“Qafqazinfo” xəbər verir ki, qeyd edilən yolayrıcı işıqforla nizamlanacaq. Bununla əlaqədar, kəsişmədə işıqfor obyekti quraşdırılıb. Digər zəruri işlər yekunlaşdıqdan sonra işıqforlar işə salınacaq.
Dəyişikliklər yolayrıcında pik saatlarda nəqliyyat sıxlığını aradan qaldırmaqla yanaşı, yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılmasına səbəb olacaq. Eyni zamanda, kəsişmədə piyadaların təhlükəsiz hərəkəti üçün əlverişli şərait təmin olunacaq.

.png)
Son xəbərlər
Son Xəbərlər