Bu yolda da hərəkət məhdudlaşır

bu-yolda-da-hereket-mehdudlasir
Oxunma sayı: 791

Bu gün axşam saat 22:00-dan səhər saatlarınadək Neftçilər prospektinin Əziz Əliyev küçəsi ilə kəsişməsindən Yusif Səfərov küçəsi ilə kəsişməyədək olan hissəsində də yolun üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

 "Azəravtoyol" ASC-dən “Qafqazinfo”ya verilən məlumata görə, bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

"Azəravtoyol" ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.