Bu yolda da rənglənmə aparılır

bu-yolda-da-renglenme-aparilir
Oxunma sayı: 752

Bakı şəhəri, Heydər Əliyev prospekti, Sabunçu yol qovşağından Hava limanı və Mərdəkan qəsəbəsi istiqamətində bu gün saat 11:00-dan axşam saatlarınadək üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq .

“Qafqazinfo” xəbər verir ki, işlər avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə aparılır. 

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.