Bu yolda endirilən sürət həddi bərpa olundu

bu-yolda-endirilen-suret-heddi-berpa-olundu
Oxunma sayı: 2566

Küləkli hava səbəbindən Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə “Qafqazinfo”ya Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, bütün məlumat sürət tablolarından “güclü külək” işarəsi də götürülüb.