Bu yolda hərəkət məhdudlaşdırılacaq

bu-yolda-hereket-mehdudlasdirilacaq
Oxunma sayı: 732

Bakı-Qazax-Gürcüstan avtomobil yolunda rənglənmə işləri aparılacaq.

 “Azəravtoyol” ASC-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, qurum tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi məqsədi ilə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 11-72 ci km-lik hissəsində hər iki istiqamət üzrə (Lökbatan dairəsi-Qaradağ postu) may ayının 1-dən 4-nə kimi səhər saat 10:00-dan etibarən axşam saat 19:00-a kimi üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Müvafiq işlərlə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.