Mir Cəlal küçəsində bu gecə hərəkət tam məhdudlaşdırılacaq.
“Qafqazinfo” Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, küçədə gecədən səhər saatlarınadək (00:00-05:00) yüksək gərginlikli eletrik xətlərinin dirəklərinin sökülməsi işləri aparılacaq. Bununla əlaqədar olaraq küçə boyu hərəkət tam məhdudlaşdırılacaq.
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.
Son xəbərlər
Son Xəbərlər