Bu yolda hərəkət məhdudlaşdırılır

Bu yolda hərəkət məhdudlaşdırılır
Oxunma sayı: 1524

21 sentyabr saat 20:00-dan 22 sentyabr saat 08:00-dək Bakı şəhəri, Nəsimi rayonu Ceyhun Səlimov küçəsində (3-cü mikrorayon dairəsindən Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinədək olan hissəsi) aparılacaq təmir işləri ilə əlaqədar əsas və köməkçi yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Qafqazinfo”ya bildirilib.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.