Nazirlikdən “Qafqazinfo”ya daxil olan məlumata görə, nəqliyyatın hərəkətinin hissə-hissə məhdulaşdırılması küçənin asfalt-beton örtüyünün yenilənməsi işləri ilə əlaqədardır və 13-14 avqust 2015-ci il tarixlərində həyata keçiriləcək. Göstürilən müddət ərzində sürücülərdən alternativ olaraq digər küçələrdən istifadə etmələri tövsiyyə olunur.
Qeyd edək ki, Nəcəfqulu Rəfiyev küçəsində təmir-tikinti işləri Nəqliyyat Nazirliyi “Azəryolservis”ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə bəzi küçə və prospektlərdə həyata keçirdiyi kompleks tədbirlər çərçivəsində aparılır.
Nəqliyyat Nazirliyi və “Azəryolservis” ASC rəhbərliklərinin nəzarəti altında aparılan təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazimı sayda qüvvə cəlb olunub. Nazirlik təmir işləri ilə əlaqədar yaranmış müvəqqəti narahatlığa görə, sürücülərdən üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.
Son xəbərlər
Son Xəbərlər