Respublika əhəmiyyətli Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun qalan 112 km-lik Qarağacı-Bəhramtəpə hissəsinin yenidən qurulması yekunlaşmaq üzrədir.
“Qafqazinfo” xəbər verir ki, Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, yolun 42.5-154.5 km-lik hissəsində hazırda işlər sürətlə davam etdirilir. Bu hissədə yol 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq inşa olunur. Yol yatağının eni isə 12 metr təşkil edir.
Yol boyu 3 ədəd yeni körpünün inşası da yekunlaşmaq üzrədir.
Son xəbərlər
Son Xəbərlər