Bu yolda işıqforun vaxtına dəyişiklik edildi

bu-yolda-isiqforun-vaxtina-deyisiklik-edildi
Oxunma sayı: 2538

Sabunçu-Zabrat yolunda nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri davam edir. "Qafqazinfo"ya BNA-dan daxil olan məlumata görə, vətəndaş müraciətləri nəzərə alınaraq yol boyu işıqforların vaxt planlarında dəyişiklik edilib. Dəyişiklik edilən zaman yolda nəqliyyat axını təhlil edilib və əldə edilən nəticələrə əsasən Sabunçu-Zabrat yolundakı işıqforların yaşıl fazasının vaxtı artırılıb.

Məqsəd, günün pik saatlarında yolda müşahidə edilən sıxlığın aradan qaldırılması, nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etməkdir.

Bir qədər əvvəl isə yolun Heydər Əliyev prospekti ilə kəsişməsində sıxlığın aradan qaldırılması və sərnişinlərin təhlükəsizliyinin artırılması məqsədi ilə avtobus dayanacaq məntəqələrinin də yeri dəyişdirilib.