Qobustan-Poladlı avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması işləri yekunlaşıb.
“Qafqazinfo” xəbər verir ki, yolun uzunluğu 14.5 km və 4-cü texniki dərəcəlidir.
Yenidənqurma işləri çərçivəsində sözügedən yol boyu torpaq yatağının yararsız qruntu 125 min kub.m həcmdə qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib, 49 min kub.m həcmdə çınqıl-qum qarışığından yol geyiminin hamarlayıcı layı inşa olunub.
Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla bu işlər 87 min kv.m sahəni əhatə edib. Yol boyu yeni suötürücü dəmir-beton boruların quraşdırılmasına ehtiyac olduğu üçün, diametri 1 metr olan 7 ədəd yeni boru quraşdırılıb.
Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün sadalanan yol boyu 72 ədəd yol nişanı və məlumatverici lövhə, 15 km göstəricisi, 580 ədəd siqnal dirəkləri quraşdırılıb.
Qobustan-Poladlı yolu sakinlərin rahat gediş-gəlişini təmin edib, həmçinin Bakı-Şamaxı-Yevlax avtomobil yolu vasitəsilə respublikanın istənilən istiqamətinə hərəkət etməyə imkan yaradıb.
.png)
.png)
Son xəbərlər
Son Xəbərlər