Bu gün gecə saatlarından başlayaraq sabah axşam saatlarına qədər Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki Yəhyə Hüseynov küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, buna səbəb aparılacaq təmir işləridir. Məhdudiyyət sözügedən küçənin Məmməd Səid Ordubadi küçəsi ilə kəsişməsində yerləşən dairədən Xurşudbanu Natavan küçəsi ilə kəsişməsinə qədər (300 N-li orta məktəb) olan hissəsində tətbiq ediləcək.
Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Son xəbərlər
Son Xəbərlər