Hava şəraiti ilə əlaqədar hava limanı istiqamətində sürət həddi aşağı salınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, Heydər Əliyev prospekti-Hava limanı və Zığ-Hava limanı yollarında bütün zolaqlar üzrə sürətlər saatda 20 kilometr endirilib, sürüşkən yol işarəsi qoyulub.
Son xəbərlər
Son Xəbərlər