Bakının Heydər Əliyev prospektində (Mərdəkan körpüsünədək) bütün zolaqlar üzrə nəqliyyat vasitələrinin hərəkət sürətinin həddi 20 km/saat endirilib.
Bu barədə “Qafqazinfo”ya Bakı Nəqliyyat Agentliyinin (BNA) şöbə müdiri Mais Ağayev bildirib.
Qurum rəsmisinin sözlərinə görə, atılan addım mövcud hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etmək məqsədinə xidmət edir.
Son xəbərlər
Son Xəbərlər