Bu yolda təmir gedir - Foto

bu-yolda-temir-gedir
Oxunma sayı: 1280

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “Bibiheybət” məscidi istiqamətindən şəhərə tərəf olan yolda təmir-bərpa işləri davam etdirilir. 

“Qafqazinfo” xəbər verir ki, təmir-bərpa işləri sözügedən yolun təqribən 350 metrlik ərazisini əhatə edir.  

İşlər çərçivəsində sözügedən hissədə yararsız qrunt qazılaraq çıxarılır, əks dolğu işləri görülərək kipləşdirilir. Torpaq işləri bitəndən sonra yola yeni asfalt-beton örtüyü döşənəcək. 

Bundan başqa səth sularının kənarlaşdırılması üçün təmir-bərpa işləri aparılan ərazi boyu yeni dəmir-beton küvetlər inşa ediləcək.

Sözügedən yol üzrə təmir-bərpa işlərinin yaxın günlər ərzində yekunlaşdırılması nəzərdə tutulur.