Bu yolda tıxac var - Foto

bu-yolda-tixac-var
Oxunma sayı: 1265

Bu gün səhər saatlarından hazırki vaxtadək Ziya Bünyadov prospekti - “20 Yanvar” dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.

O bildirib ki, sıxlıq səbəbindən Qara Qarayev prospekti - “20 Yanvar” dairəsi və əks istiqamətdə hərəkət edən müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr yaranır.