Bu yolda yenilənmə işləri aparılacaq

bu-yolda-yenilenme-isleri-aparilacaq
Oxunma sayı: 837

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə xəbərdarlıq edib.

“Qafqazinfo” xəbər verir ki, Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Bakı-Dairəvi 1 avtomobil yolunda əyri-xətli dəmir tirlərin yol ayrıcında və yolun kənarlarında yenilənməsi işləri aparılacaq. Bununla əlaqədar olaraq bu gün axşam saatlarınadək sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.