Məlum olduğu kimi, Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir.
“Qafqazinfo” xəbər verir ki, hazırlıq işləri ilə əlaqədar Niyazi, İstiqlaliyyət və Əziz Əliyev küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Sürücülərdən alternativ yollardan istifadə etməyi xahiş olunur.
Son xəbərlər
Son Xəbərlər