Bu yollar buz bağlayıb – - Siyahı

bu-yollar-buz-baglayib-
Oxunma sayı: 2479


“Qafqazinfo” xəbər verir ki, BDYPİ-dən APA-ya verilən məlumata görə, ötən gündən yağan güclü qar respublikanın bəzi avtomobil yollarında buzlaşmaya səbəb olub:  “Hazırda  Siyəzən- Dəvəçi, Quba-Qusar-Xaçmaz , Yevlax-Zaqatala,  Ağsu aşırımı, Muğanlı-İsmayıllı,Cəlilabad-Masallı, Lənkəran-Lerik, istiqamətlərində  yolun müəyyən hissələrində buzlaşma var. Müvafiq qurumlar yolun qardan təmizlənməsi istiqamətində iş aparır”.

BDYPİ-dən Bakı-Qazax və Bakı-Şamaxı yollarında nəqliyyatın hərəkətinin normal olduğu bildirilib.

BDYPİ  bu cür havalarda nəqliyyat vasitələrindən təcrübəsi çox olan və avtomobili texniki cəhətdən normal olan sürücülərin yola çıxmasını tövsiyə edib.