Babək prospekti və M.Hadi küçəsinin bir hissəsində hərəkət qismən məhdudlaşdırılır.
"Qafqazinfo" xəbər verir ki, məhdudlaşdırma təmir işlərinin aparıldığı zolaq üzrə tətbiq edilir, digər zolaqlar üzrə isə hərəkət açıq olaraq qalır. Sözügedən ərazilərdə asfalt-beton örtüyünün yenilənməsi işləri 2 gün ərzində davam etdiriləcək.
Sürücülərdən aparılan təmir işlərini nəzərə alaraq həmin istiqamətlərdə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.
Son xəbərlər
Son Xəbərlər