Son vaxtlar Xətai rayonu, Nobel prospekti ilə Ramiz Quliyev küçəsinin kəsişməsində-“Nargilə dairəsi” adlanan ərazidə müşahidə olunan tıxac və sıxlığın aradan qaldırılması və nəqliyyat yükünün azaldılması məqsədilə aidiyyəti qurumlarla aparılan birgə araşdırmalar nəticəsində hazırlanmış təkliflər Bakı Nəqliyyat Agentliyi tərəfindən Nazirlər Kabinetinin Yol Hərəkəti Komissiyasına göndərilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli sosial şəbəkədə məlumat paylaşıb.
“Hərəkətin təşkilində dəyişiklik edilməsi üçün Komissiyanın müvafiq Qərarına əsasən Azərbaycan Avtomoil Yolları Dövlət Agentliyi tərəfindən Həzi Aslanov, Əhmədli və Günəşli qəsəbələrinə alternativ hərəkət şəraitinin yaradılması ilə əlaqədar 2 yerdə (Nobel prospektinin 7-ci dairəvi küçəsi ilə, Zığ şossesinin Sadıqcan küçəsi ilə kəsişməsində) işıqfor nizamlanması tətbiq etməklə sola və geriyədönmə yerlərinin təşkil edilməsi işlərinə başlanılaraq qısa müddət ərzində yekunlaşdırılıb.
O, bildirib ki, hal-hazırda Nobel prospekti ilə 7-ci dairəvi küçəsinin kəsişməsində (Həzi Aslanov qəsəbəsi) və Zığ şossesi ilə Sadıqcan küçəsinin kəsişməsində (Əhmədli qəsəbəsi) işıqforla tənzimlənən sola və geriyə dönmə yerləri təşkil olunub. Hərəkətin tənzimlənməsi məqsədi ilə sözügedən hissələrdə yol nişanları quraşdırılıb, nişanlanma xətləri və piyada zolaqları çəkilib.
Günel Türksoy


Son xəbərlər
Son Xəbərlər