Bu yollarda sürət həddi endirildi

bu-yollarda-suret-heddi-endirildi
Oxunma sayı: 1198

Yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

“Qafqazinfo” Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, məqsəd yağışlı hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir. 

Hərəkət iştirakçılarına hava şəraitini nəzərə almaq, eləcə də ehtiyatlı olmaq tövsiyə edilir.