Bu yollarda sürət həddi endirildi

bu-yollarda-suret-heddi-endirildi
Oxunma sayı: 821

Yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, məqsəd belə hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir:

“Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını tövsiyə edirik”.