Binəqədi, Rəsulzadə, Biləcəri, Sulutəpə və 28 may qəsəbələrinin 15-ə yaxın küçəsi və məhəllədaxili yolları yenidən qurulur.
“Qafqazinfo” xəbər verir ki, Binəqədi qəsəbəsində hazırda ümumi uzunluğu 6 km-dən çox olan 4 yolda, Rəsulzadə qəsəbəsində 2.5 km uzunluğa malik 5 küçə və məhlədaxili yollarda təmir-tikinti işləri həyata keçirilir. Biləcəri qəsəbəsində isə indiyədək 8 min kv.m sahədə 4 küçədə, həmçinin 1 May yaşayış massivinin yolunda təmir işləri həyata keçirilib və bu istiqamətdə işlər hazırda da davam etdirilir.
Aparılan təmir-tikinti işləri çərçivəsində ortalama eni 6-8 metr təşkil edən yollar boyu köhnə örtük sökülür, zəruri yerlərdə yeni yol yatağı və yol əsası inşa edilir. Daha sonra texnoloji ardıcıllığa uyğun olaraq yeni asfalt-beton örtüyü döşənir.
.jpg)
.jpg)
.jpg)
Son xəbərlər
Son Xəbərlər