Bu yollarda tıxac var

bu-yollarda-tixac-var
Oxunma sayı: 951


“Qafqazinfo” xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “Report”a verilən məlumata görə, Ə.Salamzadə küçəsinin kənar yolunda asfalt örtüyünün yenilənməsi səbəbindən yol bağlanıb.

Təmir səbəbi ilə Tbilisi prospektində də nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Asfalt örtüyünün yenilənməsinin 2-3 günə yekunlaşacağı gözlənilir.

Bundan başqa, avtomobil sıxlığı səbəbindən Atatürk prospektində ("Gənclik" metro stansiyası istiqamətində), Azadlıq prospekti, Həsən Əliyev küçəsi və A.Bakıxanov küçəsində də avtomobil sıxlığı müşahidə olunur.