Bakının bəzi yollarında tıxac yaranıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hazırda yollardakı vəziyyəti təqdim edirik:
1. Ziya Bünyadov prospekti, “Çermet” körpüsü hər iki istiqamətdə;
2. Bakı-Sumqayıt şosesi, “Xırdalan dairəsi” istiqamətində;
3. Tbilisi prospekti, hər iki istiqamətdə;
4. Koroğlu Rəhimov küçəsi, hər iki istiqamətdə;
5. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
6. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;
7. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
9. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
10. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;
11. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində;
12. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;
13. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;
14. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;
15. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;
16. Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində sıxlıq müşahidə olunur.