Bu yollarda tıxac var - Sürücülərin nəzərinə!

bu-yollarda-tixac-var
Oxunma sayı: 1333

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edirik:

1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

3. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

4. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyası istiqamətində;

5. "20 Yanvar" dairəsində;

6. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

7. Əbdülvahab Salamzadə küçəsi, “Qələbə” dairəsi istiqamətində;

8. Aeroport şosesi, "Koroğlu" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.