“Qafqazinfo” xəbər verir ki, saat 16:00-dan tətbiq olunan məhdudiyyət gecə saat 02:00-a qədər qüvvədə olacaq. Belə ki, Heydər Əliyev prospektinin Babək qovşağından Sabunçu qovşağına qədər olan hissəsi, Mehdi Hüseyn küçəsinin Parlament prospektindən Teymur Elçin küçəsi ilə kəsişməsinə qədər olan hissəsi bağlı olacaq.
Bağlanış mərasiminə bileti olan hər kəsə genişləndirilmiş iş rejimində fəaliyyət göstərəcək ictimai nəqliyyatdan istifadə etmək tövsiyə olunur.
Bu gün Bakı Metropoliteni və ekspress avtobuslar saat 02:00-dək fəaliyyət göstərəcək.
Son xəbərlər
Son Xəbərlər