Bu yolun tikintisinə 21 milyon ayrıldı

bu-yolun-tikintisine-21-milyon-ayrildi
Oxunma sayı: 2181

Prezident İlham Əliyev fevralın 11-də “Goranboy rayonunun Qızılhacılı–Goranboy–Goran–Rəhimli–Veyisli–Qazanbulaq–Borsunlu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

"Qafqazinfo" xəbər verir ki, otuz iki min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Qızılhacılı–Goranboy–Goran–Rəhimli–Veyisli–Qazanbulaq–Borsunlu avtomobil yolunun tikintisi məqsədilə 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 21,3 milyon manatı Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.