Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri İbrahim Kalın Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin Qafqazda inkişaf üçün vacib əhəmiyyət kəsb etdiyini bildirib.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Kalın bu barədə sentyabrın 14-15-də Azərbaycanda keçirilən II Bakı Təhlükəsizlik Forumunda çıxışı zamanı danışıb.
Kalın Azərbaycanın 44 günlük müharibədən sonra işğaldan azad etdiyi Qarabağda həyatın normallaşması istiqamətində atdığı uğurlu addımlara diqqət çəkib, Qafqazda stabillik və inkişaf üçün Ermənistan ilə Azərbaycan arasında yekun sülh sazişinin imzalanmasının vacibliyini vurğulayıb.
MİT rəhbəri əldə ediləcək davamlı sülhün eyni zamanda Azərbaycan-Ermənistan-Naxçıvan-Türkiyə-Avropa xətti üzrə əlaqələri, o cümlədən Zəngəzur dəhlizinin açılmasını da təmin edəcəyini qeyd edib.