Bu zibili hansı jurnalist atıb? - Foto

bu-zibili-hansi-jurnalist-atib
Oxunma sayı: 3387

Bakının Səbail rayonunda yerləşən və jurnalistlərə mənzillər verilən binanın həyətində qəribə hadisə baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, binada yaşayan kimsə həyətdə park vəziyyətində olan maşının üstünə zibil paketləri atıb.

Bu barədə həmin binada yaşayan jurnalist Jalə Mütəllimova məlumat paylaşıb. O bildirib ki, hadisə "C" blokunun qarşısında baş verib:

“Bu, bir dövlət mükafatçısının digər dövlət mükafatçısının əmlakına münasibətidir. Və bu, adına seçilmiş jurnalist sözü yaraşmayan birinin, ya da ailə üzvlərindən hansınınsa əməlidir”.