Üç qardaş eyni gündə edam olundu

uc-qardas-eyni-gunde-edam-olundu
Oxunma sayı: 637

“Media forum” saytı xəbər verir ki, qardaşlar milliyyətcə ərəbdirlər və onları yerli ərəblərin milli, dini hüquqları uğrunda mübarizə aparan şəxslər kimi qəbul edənlər də var.

Qardaşlar ötən il Xuzistan əyalətinin mərkəzində – Əhvaz şəhərində keçirilən aksiyada tutulmuşdular. Aksiyada İran hökumətinin yerli ərəblərə qarşı ayrı-seçkiliyə yol verdiyi iddia olunmuş və buna etiraz bildirilmişdi.

Əhvaz məhkəməsi hər üç qardaşı separatizmdə və Allaha qarşı müharibə aparmaqda təqsirli bilərək edama məhkum etmişdi. Beynəlxalq hüquq müdafiə təşkilatları bu qərarı kəskin etirazla qarşılamış, qardaşları siyasi məhbus adlandırmış, onlara çıxarılan ölüm hökmünün ədalətsiz olduğunu və dərhal ləğv edilməsini istəmişdi.

Abbas, Cəmşid və Əbdülrəhman Heydəriyan qardaşları ilə birlikdə tutulub edama məhkum edilən daha iki ərəbin – Əli Nəami və Əmir Maavinin taleyindən və hazırda harada saxlanmasından xəbər yoxdur.