Ukraynanın Buça şəhərindən olan gənc qadın öz pişiyini 45 gündən sonra tapıb.
“Qafqazinfo” xəbər verir ki, gənc qadının və pişiyinin fotolarını jurnalist Olqa Tokaryuk öz tviter hesabında paylaşıb.
Onun sözlərinə görə, Sima adlı pişik mart ayının əvvəlində sakinlərin təxliyəsi zamanı itib. Qadın şəhər azad olunduqdan sonra evinə qayıdıb və pişiyinin axtarışlarına başlayıb. Pişik isə bu gün evə qayıdıb.
Xatırladaq ki, rusiyalı hərbçilər martın 30-u Buça şəhərini tamamilə tərk ediblər.


Son xəbərlər
Son Xəbərlər