Üçüncü dəfə bıçaqlandı - Bu lap şirinçay oldu

ucuncu-defe-bicaqlandi-bu-lap-sirincay-oldu
Oxunma sayı: 741

Bu barədə APA-ya 3 saylı şəhər Klinik Xəstəxanasından bildirilib.

Məlumata görə, ötən gecə Bakı şəhər sakini, 22 yaşlı Tərlan Ağa oğlu Mustafayev qarın nahiyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub. Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Sabunçu Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, hadisə ötən gecə rayonun Bakıxanov qəsəbəsi Sülh küçəsi, ev 6-nın qarşısında qeydə alınıb. T. Mustafayevin kimin tərəfindən bıçaqlandığı hələlik məlum deyil. Onun özünə xəsarət yetirməsi də istisna edilmir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, T. Mustafayev son 2 ayda artıq üçüncü dəfədir ki, naməlum şəraitdə bıçaqlanır.

Xatırladaq ki, bıçaqlanan T. Mustafayev meyxanaçıdır, Tərlan Dağlı kimi tanınır.