Budaq Nəsirovun komandasından maraqlı qərar

budaq-nesirovun-komandasindan-maraqli-qerar
Oxunma sayı: 1019

Portuqaliyanın "Sportinq" klubu ölkə kubokda "Setubal"a məğlubiyyətdən sonra (1:2) mübarizəni dayandırıb. 

Qafqazinfo” xəbər verir ki, Lissabon təmsilçisinin rəhbərliyi bu oyundan dərhal sonra maraqlı qərar qəbul edib. Belə ki, klub rəhbərliyi "Setubal"a icarə verilən iki futbolçunu - Rayan Qaul və Andre Geraldesi geri çağırıb.

Bu barədə məlumatı 90-cı dəqiqədə vurduğu qolla “Setubal”a qələbə qazandıran Edinyo sosial şəbəkə hesabında verib. O bildirib ki, hər iki futbolçu bundan sonra "Setubal"da yox, "Sportinq"in B komandasında çıxış edəcəklər.

Qeyd edək ki, milliu komandamızın üzvü Budaq Nəsirov hazırda "Sportinq"də çıxış edir.